Zakir Fəxri

Zakir Fəxri şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olub. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə çilingər kimi başlayıb.

Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra 1972-1973-cü ildə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləyib. 1985-1989-cu ildə "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi, 1989-1991-cu ildə Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini, 1991-1992-ci ildə əlaqələr şöbəsinin müdiri olub. 1992-2003-cü ildə "Xəzər" dünya ədəbiyyatı dərgisinin baş redaktorub olub.

"Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnib. "Qalmaz belə, qalmaz dünya" kitabı 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin «Qızıl Kəlmə» mükafatına layiq görülüb.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin baş redaktor müavinidir. 

 

 

Kiatabları


1. "Xatirə çiçəyi",

2. "Bir ömrün tarixi"

3. "Yaza və yoz abilməsiyim yuxu"

4. "Qara Məlik, Qara Qəzənfər və mən"

5. "Qalmaz belə, qalmaz dünya"

6. "Rekviyem"

7. "Qaranlıqdan aydınlığa"

8. "Bəşəri poeziya"