Saday Budaqlı

Budaqlı Saday İsmayıl oğlu 1955-ci ildə anadan olub.

1984-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunu bitirib. 1984-cü ildən 1989-cu ilə qədər «Yazıçı» nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi işləyib.

1993-cü ildən Azərbaycan televiziya və radio verilişləri komitəsində baş redaktor vəzifəsində çalışıb.

Povest və hekayələr kitabının müəllifidir. Kitabları Moskvada və Bakıda çapdan çıxıb. Moskvada çapdan çıxan «Uduş» kitabına görə M. Qorki adına Ümumittifaq mükafatına layiq görülüb. Moskvada çıxan «Nedelya» həftəlik məcmuasinin lauratıdır. 1982-ci ildə «Drujba narodov» jurnalının ilin ən yaxşı hekayə mukafatına layiq görülüb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin «Qızıl Kəlmə» mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.


Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin baş redaktor müavinidi.

Kitabları:

"Uduş" -1984, (Moskva),

"Döngə" -1985 (Bakı),

"Çat" -1987 (Bakı),

"Torpaq" - 2000 (Moskva).

 

Tərcümələri:

Bulqakov "Master və Marqarita" - 2007,

Kavabata - Seçilmiş əsərləri - 2012,

Latın Amerikası romanı - 2014.