Yaşar

Nasir, tərcüməçi

Yaşar Əliyev 1963-cü il may ayının 3-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1989). "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1986-1989), Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi "Xəzər" jurnalında şöbə müdiri (1989-1991), Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor (1991-1992), Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri (1992-1993), Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini (1993-1995) vəzifələrində işləyib. 1995-ci ildən "525-ci qəzet"in, 2005-ci ildən isə "Xəzər" jurnalının redaktoru işləyib. Hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəridir.

İlk mətbu hekayələri -"Canavar" və "Oğul" 1987-ci ildə "Ulduz" jurnalında çıxıb. Hekayələri bir sıra xarici dillərə tərcümə olunub. 

 

Kitabları


Yeddi (hekayələr). Bakı: Yeni Nəşrlər Evi, 1998, 


Tərcümələri


Xuan Rulfo. Pedro Paramo (roman). "Xəzər", N4, 2004, səh 30-75.
Matilde Urrutia. Pablo Nerudayla yaşanan ömür. "Xəzər", N1, N2, N3, N4, 2006.


Filmoqrafiya
Divar (film, 1991) (ssenari müəllifi)