Zahid Sarıtorpaq

Şair-tərcüməçi

Zahid Sarıtorpaq 10 may 1957-ci ildə Şamaxı şəhərində doğulub. 1981-1988-ci illərdə  Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 

1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür, 1989-1993-cü illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü olub.

1981-89-cu illərdə "Yeni Şirvan" qəzetində şöbə müdiri, 1990-cı ildə "Ədalət" qəzetində bölgə müxbiri işləyib. 2006-cı ildən Bakıda "Avrasiya-pres" nəşriyyatında redaktor işləyib. 2008-2010-cu illərdə "Şərq-Qərb" nəşriyyatında redaktor işləyib. 2009-cu ildən Prezident təqaüdü alıb.

 

Şeir kitabları

"Üfürülmüş çırağın ruhu", Baki, "Şirvannəşr", 2009-cu il,

"Tək işığın haləsi", Bakı, "Şirvannəşr", 2013-cü il.


Tərcümə etdiyi kitablar

Mixail Prişvin, "Seçilmiş əsərləri",

Sergey Mixalkov, "Seçilmiş əsərləri", 

Aqniya Barto "Seşilmiş əsərləri".

Con Miltonun "Seçilmiş əsərləri"